18:28 / 29-11-2026
Saxta general saxlanılıb
Bütün xəbərlər
2028-ci il ABŞ prezident seçkilərində potensial müstəqil namizəd kimi nəzərdən keçirilə bilər
Tarix: 29-11-2026 18:59 | Bölmə: Dünya


 Amerikalı aktyor Mettyu Makkonahi 2028-ci il ABŞ prezident seçkilərində potensial müstəqil namizəd kimi nəzərdən keçirilə bilər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Bu fərziyyə aktyorun ABŞ ara seçkiləri ərəfəsində yayımladığı video mesajdan irəli gəlib. Makkonahi müstəqil namizədlərə dəstəyini ifadə edərək, onların siyasi arenada iştirakının Amerika qanunvericilərinin "vətəndaşların əksəriyyəti tərəfindən tutulmuş mərkəzçi mövqelərə qayıtmasına" kömək edə biləcəyini bildirib.
Aktyor vurğulayıb ki, müstəqil namizədlərə etirazçı və ya iki aparıcı partiya - Demokrat və Respublikaçılar üçün narahatlıq doğuran bir şey kimi deyil, ciddi namizəd kimi baxılmalıdır.
Makkonahinin açıqlamaları siyasətçilərin diqqətini cəlb edib. Xüsusilə, sahibkar və ABŞ prezidentliyinə keçmiş namizəd Endryu Yanq aktyorun siyasi karyera qurmağı düşünə biləcəyini irəli sürüb.O, hesab edir ki, bu cür ictimai açıqlamalar konkret niyyət olmadan verilmir.
Texas ştatının Demokrat senatoru seçilmiş Ceyms Talariko Makkonahinin mümkün namizədliyini tərifləyib, onu yaxşı namizəd adlandırıb və həqiqətən hazırdırsa, namizədliyini irəli sürməyə çağırıb.
"The Hill" qəzetinin qeyd etdiyi kimi, Makkonahi əvvəllər doğma Texas ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürməyi düşünüb.Lakin aktyorun özü hələ ki, 2028-ci il prezident seçkilərində iştirakı ilə bağlı spekulyasiyalara münasibət bildirməyib.
Növbəti ABŞ prezident seçkiləri 7 noyabr 2028-ci ildə keçiriləcək.Mediada əvvəllər yayılmış məlumatlarda ABŞ-ın hazırkı lideri Donald Trampın varis seçməyə tələsməmək qərarına gəldiyi bildirilirdi.



Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər