09:47 / 19-04-2025
Rusiya Daxili İşlər Nazirliyi: Fırıldaqçılar saxta foto çəkilişlər üçün reklamlardan istifadə edərək pul oğurlayırlar
09:42 / 19-04-2025
Tayvan, Tayvan boğazının orta xəttini keçən 13 Çin təyyarəsini aşkar edib
09:37 / 19-04-2025
Pakistan sakini: "Günəş panelləri quraşdırdıqdan sonra onun hesabı 3 dəfə azalıb"
09:33 / 19-04-2025
10-cu mərtəbədən yıxılan tikinti torunun sayəsində sağ qalıb
09:29 / 19-04-2025
Dövlət Departamenti: Avropa başa düşməlidir ki, ABŞ Ukraynada sülh axtarışını dayandıra bilər
09:22 / 19-04-2025
Vəkil Gürol: "Türkiyə fövqəladə vəziyyətdən sonra "Azimut"dan xərclər üçün təzminat tələb edə bilər
09:08 / 19-04-2025
Yeniyetmə qayadan yıxılaraq ölüb
23:31 / 18-04-2025
Naməlum silahlı şəxslər 11 xoruz döyüşçünü güllələyiblər
23:23 / 18-04-2025
Arxiyepiskop Markellin Moldovanı tərk edərək Müqəddəs Atəş üçün Yerusəlimə getməsinə icazə verilməyib
21:06 / 18-04-2025
Belçika Hərbi Dəniz Qüvvələrinin gəmisi Rusiya tədqiqat gəmisini izləyir
20:53 / 18-04-2025
42 yaşlı qadın ikili orqan transplantasiyasından sonra uşaq dünyaya gətirib
20:50 / 18-04-2025
Professor Fenenko hesab edir ki, amerikalılar Ukraynanı silahlandırmaqdan əl çəkməyəcəklər
20:44 / 18-04-2025
İstintaq Komitəsi: Moskvada 100 milyon rubl dəyərində keyfiyyətsiz dərmanlar müsadirə edilib
20:35 / 18-04-2025
Lisey şagirdi müəllimənin əlindən dişləyib, ona tibbi yardım lazım olub
20:32 / 18-04-2025
Narışkin: "Qərb Əfqanıstanda qeyri-sabitliyi qorumağa çalışır"
10:56 / 18-04-2025
Cənubi Qafqazın sabitliyinin təmin olunmasında Azərbaycan-Gürcüstan əlaqələrinin rolu-Səyavuş Qasımov
10:27 / 18-04-2025
Kolumbiyanın şimalında naməlum şəxslər neft boru kəmərini partladıb, sızma meydana gəlib
10:11 / 18-04-2025
Bazarda baş verən yanğında 6 nəfər xəsarət alıb
10:08 / 18-04-2025
Üç öldürülmüş uşağın atası dördüncü uşağa işgəncə verdiyinə görə həbs edilib
10:01 / 18-04-2025
Baş verən yanğında 3 nəfər xəsarət alıb
09:57 / 18-04-2025
Məhkəmə psixiatrın hökmünü ləğv edib
09:50 / 18-04-2025
Yanacaq tankerinin qəzaya uğraması nəticəsində 14 ton yanacaq yerə tökülüb
09:46 / 18-04-2025
Kabulov: "KazanForum çərçivəsində böyük Rusiya-Əfqanıstan biznes forumu keçiriləcək"
09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
09:38 / 18-04-2025
Skynews: "Paris Ukrayna danışıqlar prosesinə qoşulduğunu elan etdi"
00:01 / 18-04-2025
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
23:03 / 17-04-2025
Rusiyanın Kabildəki səfiri Ali Məhkəmənin Talibanla bağlı qərarını mühüm addım adlandırıb
22:38 / 17-04-2025
Uşakov: "Rusiya enerji obyektlərinə zərbələrə moratoriumun qoyulması ilə bağlı vəziyyəti ABŞ-a deyəcək"
22:34 / 17-04-2025
Tramp bu həftə Ukraynada atəşkəslə bağlı Rusiyadan cavab alacağını gözləyir
22:28 / 17-04-2025
Florida Universitetində atışma nəticəsində 5 nəfər ölüb
22:26 / 17-04-2025
Pasxa bayramı üçün Rusiyaya getmək istəyənlərin növbələri yaranıb
22:21 / 17-04-2025
İHA hücumlarının videolarının çəkilişi və yayımlanması qadağan edilib
22:14 / 17-04-2025
Naməlum şəxs ticarət mərkəzində atəşfəşanlıq edib
22:09 / 17-04-2025
Uşaq bağçasında kütləvi bağırsaq infeksiyasından sonra iş açılıb
22:05 / 17-04-2025
Səfir Jirnov Əfqanıstanda terrorizmlə mübarizəni nümunəvi adlandırıb
22:00 / 17-04-2025
Qapalı şəhərin meri həbs edilib
AĞ ADAMIN HƏDİYYƏSİ - Aqil ABBAS yazır
Tarix: 08-11-2019 21:42 | Bölmə: Ədəbiyyat
Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da aralı göz yaşı kimi bulaqlar qaynayır. Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfə sayaram, gələn dəfə də… İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı o bulaqların suyu ilə yuyaram. Çox qəribədir ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr hündürlükdə olan yaylaqda bu bulaqların qaynaması Tanrının möcüzəsidi. Yerin təkindən daşları, qayaları, torpağı oya-oya və saflaşa-saflaşa qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.
Əgər o bulaqların gözünə daş qoysan, ağzını bağlasan mümkün deyil, özünə bir cığır tapıb gedib hardasa qaynayacaq.
İstedad da belədi. Nə qədər basdırmaq istəsən, nə qədər mane olmaq istəsən, ağzına daş bassan da mütləq qaynayıb çıxacaq. Özü də elə istedadlılar da Yüzbulaqdakı pinarlar kimidi. Hər istedadın yaratdığı əsərlərin öz dadı, öz tamı, öz gözəlliyi, öz saflığı, hətta öz duzu var.
Mən bir istedadı vaxtında qiymətləndirə bilməmişəm, hətta mane olmuşam, Tanrı günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə evlər…
Ağır cehiz mebelini dostlarımla bu kirayə evdən o birisinə – yeddinci mərtəbəyə, ordan endirib başqa bir kirayə evin dördüncü mərtəbəsinə, ordan daha başqa bir kirayə evə o qədər daşımışdıq ki, Vaqif Bayatlı bir dəfə dedi:
- Bir-iki dəfə də sənin bu mebellərini daşısaq, hamımız ştanqist olajıyıx.
Sonra da Qarabağ müharibəsi. Bütün günü çöllərdə, səngərlərdə. Ailənin bütün yükü onun üzərində. İki nəfər də ipə-sapa yatmayan ərköyün oğlan. Bir də elə mən boyda problem. Bax, beləcə böyük bir istedadın önünü kəsmişdim.
Amma saf daş suyu kimi olan bu istedad qaynayırdı və bir gün gün üzünə çıxmalıydı...
… Naxçıvandakı imkanlı qohumlarından qapılarını döyən çox idi. Amma o, məni seçdi.
Belə bir şeirim var, qızlara tövsiyyəm budur ki, şairlərə ərə getməsinlər.
Getməyin şairə ərə,
Geyməyiniz şeir,
Yeməyiniz şeir,
İçməyiniz şeir,
Hətta ölməyiniz şeir.
Getməyin şairə ərə.
O, şairi seçdi. Özü də gözünün önündə dünyanın ən böyük şairlərindən birinin necə yaşadığını, hansı məhrumiyyətlər içində olduğunu, millətinin dərdindən sağalmaz xəstəliyə tutulduğunu görə-görə şairi seçdi.
Həmin şeirdə bir yer də var:
Ümidini bağlayıb bir ümidsizə
Taleyini,
şam eləyib əritməyə dəyməzmiş.
Lap Allahın özüylə də
bu kirəkeş otaqlarda
gül ömrünü çürütməyə dəyməzmiş.
O da ümidini bir ümidsizə bağlamaqdan çəkinmədi. Düzdür, mən Məmməd Arazın təbirincə desəm, «gələcəyə inam sarıdan dünyanın ən varlı adamıydım». O, bahalı villalarda yox, mənimlə kirəkeş otaqlarda gül ömrünü çürütməyi seçdi. Mən də onun bu alicənablığının əvəzinə istedadına mane oldum. Amma, yuxarıda dediyim kimi, istedad həmin o Yüz bulaqdakı bulaqlar kimidi, xeyri yoxdu, bir gün qaynayacaq.
Ailə, uşaq… bir müddət işsiz qaldı. Uşaqlar bir az gimrikləşəndən sonra Az.TV-də işə davam elədi. Məşhur «Dalğa» proqramının həm aparıcılarından, həm də redaktorlarından biri oldu. Amma uzun çəkmədi. Televiziyanın rəhbərləri hər dəfə dəyişəndə ixtisara birinci onu salırdılar. Məmməd Araza gücü çatmayanlar, Məmməd Arazın kölgəsində qalanlar heyiflərini onun övladından çıxırdılar.
Hətta bir dəfə məsələyə Ulu Öndər Heydər Əliyev də qarışdı. Vay dədəm, vay, Az.TV-nin onu işdən çıxaran rəhbəri indi ilan dili çıxarıb yalvarırdı ki, geri qayıtsın. Qayıtmadı. Mən həyatımda belə tərs adam görməmişəm.
Sonra Etibar Babayev «Space»ə gəldi. Və yenə televiziya. Bir-birinin ardınca «Bir içim insan» rubrikası altında altı sənədli film çəkdi. Təəssüf ki, müqəddəs yeddi rəqəmini yaxalaya bilmədi.
Özü də sənədli film ənənələrindən tamamilə kənara çıxdı. Çünki onun dünyaya da, ədəbiyyata da, sənətə də, tarixi şəxsiyyətlərə də öz baxışı vardı.
Əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasının xaricə oxumağa göndərdiyi gəncləri və onların sonrakı talelərini, məhv edilmiş talelərini ilk dəfə O, araşdırıb arxivlərdən çıxartdı. Lentə aldı, filmləndirdi, milyonlara təqdim etdi. «Yüz cavan oğlan» filmi belə yarandı.
Məmməd bəy Cavanşir Batmanqılıncın nəticəsi, alim və ictimai xadim Əhməd bəy Cavanşirin qızı, Mirzə Cəlilin xanımı, Qarabağ camaatının (təkcə Qarabağ camaatınınmı?) güman yeri Həmidə xanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan bir film çəkdi. Həmidə xanımın simasında keşməkeşli həyatı, fədakarlığı, ötən əsrin əvvəllərində bütün çərçivələri məhv etmiş möhtəşəm bir qadın obrazı yaratdı.
Pənah xanın kötücəsi, zəmanəsinin görkəmli ziyalısı, Bayat bəylər bəyi Kərim bəy Mehmandarovun heç kəsə məlum olmayan tarixmizdəki rolunu araşdırıb çıxarıb filmdə əbədiləşdirdi.
«21 azəri» filmi ilə Cənubi Azərbaycanda yaşadığımız faciələrin üstünə işıq saldı. XX əsrin görkəmli şəxsiyyəti, alimi, dövlət xadimi Əziz Əliyevin həmin proseslərdə fəaliyyətini ortaya qoydu.
Mənə Cəfər Cabbarlının ayağını qoyduğu kandarı öpdürdü. Böyük sənətkarın arxivlərdə hardasa gizlədilmiş məktublarını belə tapıb üzə çıxartdı.
Təbii ki, atasını da unutmadı. Amma həmin film təkcə atası haqqında deyildi, həm də qədim Naxçıvan torpağı, Araz çayı haqqındaydı. Belə demək mümkünsə, Naxçıvan torpağı+ sərt iqlimi+Araz çayı= Məmməd Araz.
O filmlər «Youtube»də var, izləyə bilərsiniz. Təkcə «Yüz cavan oğlan»dan başqa. İtib. Çox təəssüf ki, hələ özümüzdə olan lent də iyirmi birinci dəqiqədən sonra xarab oldu.
Televiziya rəhbərlərinin demək olar ki, çoxunda belə bir qısqanclıq var. Özlərindən əvvəlki rəhbərliyin dövrlərində çəkilən sənədli filmləri və ya verilişləri yenidən tamaşaçılara çatdırmağı sevmirlər. Bəzən də məcbur olub göstərirlər, tarixini silirlər. Etibar Babayevdən sonra bir daha o filmlər göstərilmədi. Bilmirəm, arxivlərində qalır, yoxsa yox. Bu filmləri, eləcə də başqa yaradıcı insanların çəkdiyi sənədli filmləri, hazırladığı verilişləri Etibar Babayev dədəsi şair Adil Babayevin xətrinə çəkdirməmişdi. Bu millətin, bu dövlətin, bu xalqın xətrinə çəkdirmişdi.
Etibar Babayevdən sonra O da istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra dedim ki, mənim həm işim çoxdu, həm də qəzet məni yorur, bəlkə qəzeti götürəsən? Razılaşdı. Qəzetə də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın təmizliyi gətirdi. Ədəbiyyata, incəsənətə daha çox yer verməyə başladı. Hətta mənim yazılarıma da senzura tətbiq etməyə başladı. Mən də əsəbləşib onun nömrədən çıxartdığı yazımın yerini ağ saxlayırdım.
Hələ televiziyada çalışarkən, eləcə də işsiz qalanda ölkədəki müxtəlif problemlərə həsr olunmuş məqalələrlə mətbuatda mütəmadi çıxış edirdi.
Ölkə üçün vacib olan sosial problemlərlə bağlı məqalələrində, ayrı-ayrı görkəmli şəxslərə həsr etdiyi oçerkvari (ona görə oçerkvari yazıram ki, ənənəvi oçerk janrından çox uzaqdı, ad tapa bilmədim) yazıların üslubu, dili, hadisələrə və şəxsiyyətlərə münasibəti, baxışı tam fərqlidi.
Şairlik hamının görmədiyini görmək, duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini demək, insanlara inam və sevgi aşılamaqdır. Onun məqalələri də elə əslində şeir kimidi.
Mən tənqidçi deyiləm, onun yaradıcılığını təhlil etmək fikrim də yoxdu.
Bir əmim olub Hacı adında. Müharibədən əvvəl 24-25 yaşında Çində, daha dəqiq desək, Mancuriyada mühəndis işləyirdi. Şərqi Çin dəmiryolunu çəkirmişlər. Sonra gəlib Qusarda və Tərtərdə Su Elektrik Stansiyalarını tikib. Bir neçə dil bilirmiş. 27 yaşında Tərtər SES-i tikəndən sonra könüllü müharibəyə gedib və itkin düşüb. Əmimin diplomu, sənədləri, Çindən atama yazdığı məktubların bir hissəsi məndədi. Çox arzulayırdım ki, ondan bir yazı yazım, heç cür yaza bilmirdim. Bir də gördüm ki, qəzetdə əmim haqqında bir məqalə çıxıb: «Uzaq yollardan sizi öpürəm». İlahi, sanki əmimi məndən yaxşı tanıyırmış, məndən çox sevirmiş. Kövrəltdi məni. Kaş atam Onun əmim haqqında yazdığı məqaləni oxuyaydı. Atamın yanına gedəndə həmin qəzeti özümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.
Ad günüm ərəfəsində bir də gördüm qəzetdə «A.A. – Ağ adam, Ağrılar adamı» adlı bir məqalə yazıb. Məndən yazıb. Mənim bilmədiyim Məndən. Elə nüansları, elə ağrıları tutub ki…
- Nə qədər yolumuz qalıb?..
- Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.
- Nə qədər yolumuz qalıb?
- Ağdamdan Laçına qədər, yəni yetmiş üç kilometr.
- Həyatda nə qədər yolumuz qaıb?
- Ağdamdan Ağdama qədər.
Nə olsa mən həmişə Ağdamla müqayisə edərəm. Ağdam mənim qibləmdi, Məkkəmdi, Kərbəlamdı. O da bunları elə gözəl tutmuşdu ki, ağlatdı məni.
Hər dəfə «Yol romanı»nı oxuyanda kövrəlirəm. Vurğun Əyyubun ölümündən sonra oxuyanda isə ağladım.
O, bu romanda Qarsa Orxan Pamukun gözü ilə yox, öz gözü ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqli yanaşmışdı.
Məqalələrində o qədər alt qatlar var ki, hər dəfə təkrar oxuyanda yeni nə isə tapırsan.
Etiraf edim ki, onun qədər mütaliəli deyiləm. Savadına, dünyagörüşünə, yaddaşına heyrət edirəm. Dostlarla oturub nəyisə müzakirə edəndə hansısa bir suala cavab tapa bilməyəndə, «dosta zəng»: sənin 30 saniyə vaxtın var. Praqadakı o məşhur kilsənin ilk memarı kim olub, cavab dərhal hazırdı.
Səfərlərdə ekskursiyalarda gidlə gəzməkdən zəhləm gedir, hamı sürü kimi düşür gidin arxasınca. O,dinləmək istəyir, mən isə yalvarıram ki, gəl özümüz gəzək, gidin danışdıqları mənim üçün mənasızdı. Sən də bu şəhər haqqında, burdakı tarixi abildələr, heykəllər, körpülər haqqında ondan iki dəfə çox bilirsən.
- Bu kilsədən sağa dönək, burda Kafkanın heykəli olmalıdı…
- İki küçədən sonra bir kafe var, gedək orda kofe içək. Vaxtilə Nazim Hikmət orda kofe içib…
- Bax, hər daşı bir zərgər işi olan bu kilsəni beş yüz ilə tikiblər…
O, mənim elə həyatda da gidimdi, yol göstərənimdi.
Zövqümüzdə fərqliliklər var. Mən Qədir Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif İslamzadəni sevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi sevmir. Mən deyirəm Füzuli, O deyir Nəsimi. Mən futbol xəstəsiyəm, O yox. Amma məcbur edirəm ki, axıradək oturub mənimlə futbola baxsın. Amma Bəşir Səfəroğlu demiş, deyəsən son zamanlar azarlayıb. Birdən mənlə bir yerdə çığırır: «Ə, ver də topu, axşam evinizə aparacaqsan?!» Hələ futbolla bağlı statuslar da yazır.
Naxçıvandayıq. Qohumunun, o qohumunun ki vaxtilə ona çox elçi düşüb, çayın qırağında gözəl bir restoranı var. Eşidib ki, buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.
- Bax, bu qohumuna ərə getsəydin, kənddə yaşayırdın, restoranı da sənin adına keçirmişdi ki, Məmməd Arazın xətrinə, polis, vergi onu incitməsin.
O isə deyir:
- Ona ərə getsəydim indi Bakıda yaşayırdı, özü də deputatıydı.
Bir rus filmində rəfiqəsi generalın arvadına deyir ki, sənin nə dərdin ərin generaldı. Qadın da cavab veir ki, mən ona ərə gedəndə leytenantıydı.
Ona da deyəndə ərin deputatdı. Deyir, mən onu seçəndə «Elm və həyat» jurnalında 110 manat maaşa qulluq edən müxbir idi.
Mənim atamın anası Pənah xanın nəslindən Paşa bəy Cavanşirin qızıdı. Anaları seyid olanlara cümə günü seyidlik düşən kimi mənə də həftədə bir dəfə bəylik düşür. Qəribə bir xasiyyətim var, bir daraq gəzdirmərəm, bir də səhər cibimə qoyulan dəsmalı günortadan sonra ayaqqabımı silib ataram.
Hərdən forslanıb deyəndə ki, mən xan nəvəsiyəm, gülür:
- Burnunu silməyindən bilinir.
Yəqin ki, anladınız söhbət kimdən gedir: heç vaxt atasının adının arxasında gizlənməyən, atasının kölgəsinə sığınmayan, müstəqilliyini heç kimə və heç nəyə qurban verməyən, atası kimi bu millətin sevdalısı İRADƏ TUNCAYdan!
İstədiyim kimi yaza bilmədim, yəqin heç xoşuna da gəlməyəcək .
9 noyabr onun ad günüdü. Bu yazı da, bu yazının çap olunduğu kitab da Onun ad gününə hədiyyəm, sürprizimdir. Nə yazdığım məqalədən xəbəri vardı, nə də çıxacağı yeni kitabından.
Bundan əvvəl üç kitabı işıq üzü görüb: «Sarı odalar», «Yol romanı», «Müşfiq insanlar ölkəsi». «Yol romanı» professor Seyfəddin Altaylı tərəfindən türkcəyə uyğunlaşıb Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub Öməroğlu tərəfindən də Ankarada böyük tirajla çap olunub.
Naşir Şahbaz Xuduoğluna da bu kitabı oxuculara çatdırdığına görə təşəkkür edirəm.
Xanımına ad günü hədiyyəsi elədi:
A.A. – AĞ ADAM, AĞRILAR ADAMI
Adalet.az
Baxış sayı: 827
Bölməyə aid digər xəbərlər

Dünən, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb
1-08-2024, 13:22
“Cəfər Cabbarlı - ədəbiyyatımızın böyük sənət fədaisi” adlı layihənin icrasına başlanılıb
12-06-2024, 23:33
Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
9-06-2024, 15:53
"Zəfəri yaşadanlar” kitabının təqdimat mərasimindən-VİDEO+FOTOLAR
6-06-2024, 14:52
Sumqayıtda Mikayıl Müşfiqin anım mərasimi keçirilib-VİDEO+FOTOLAR
1-05-2024, 21:08
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
27-04-2024, 00:42
ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA
26-04-2024, 11:47
AMEA NİZAMİ GƏNCƏVİ ADINA İNSTİTUTUN 90 İLLİYİ
19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD