Bütün xəbərlər
"Associated Press": Makron İranın nüvə proqramı ilə bağlı dialoqu bərpa etmək istəyir
Tarix: 25-06-2025 20:57 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron ABŞ və Avropa ölkələrini İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Bu bəyanat NATO-nun Haaqa sammitindən sonra verilib.
"Makron İran və İsrail arasında atəşkəsin "qeyri-sabit və kövrək" olduğu barədə xəbərdarlıq edib və İranın nüvə proqramı ilə bağlı diplomatik danışıqların bərpasına çağırıb", - Fransa lideri bildirib.
Fransa prezidenti həmçinin İran və İsrail arasında mümkün olan ən uzun atəşkəsə ümid etdiyini bildirib.
Bundan əlavə, dövlət başçısı hesab edir ki, Avropa indidən Rusiya ilə silahların məhdudlaşdırılması və münasibətlərin bərpası ilə bağlı gələcək dialoq haqqında düşünməlidir. Onun fikrincə, bu yolla Aİ ölkələri qlobal təhlükəsizlik arxitekturasına dair dialoqu uğurla həyata keçirə biləcəklər.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər