Bütün xəbərlər
Tramp İsrail və İran arasında qarşıdurmanın bitdiyini bəyan edib
Tarix: 25-06-2025 19:55 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında münaqişənin bitdiyini bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, qarşıdurmanın sonu hamının qələbəsidir.
"Biz inanırıq ki, bu (qarşıdurma) bitdi. Düşünmürəm ki, onlar (İran və İsrail) bir-birinə qarşı çıxacaqlar", - RİA Novosti Trampın sözlərindən sitat gətirir.
İyunun 24-də Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini bəyan edib. Amerika liderinin sözlərinə görə, münaqişəni bitmiş hesab etmək olar.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər