Bütün xəbərlər
Tramp və Zelenski NATO-nun Haaqa sammitində görüşüb
Tarix: 25-06-2025 19:47 | Bölmə: Dünya

Ukraynanın “Obşçestvennoye” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp və Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında görüş NATO-nun Haaqa sammiti çərçivəsində baş tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski ilə Tramp arasında görüş barədə daha əvvəl Hollandiyanın baş naziri Dik Şof məlumat vermişdi.
“Zelenski ilə Tramp arasında görüş NATO sammiti çərçivəsində başlayıb, Haaqa müxbiri xəbər verir”, - nəşr yazır.
Daha sonra Ukraynanın UNİAN xəbər agentliyi iki lider arasında görüşün təxminən 40 dəqiqə davam etdiyini bildirib.
Sammitdən əvvəl Amerika lideri Zelenskinin çox çətin vəziyyətdə olduğunu bildirib. Tramp həmçinin xəbərdarlıq edib ki, Kiyev rejiminin rəhbəri ilə Ukraynanın bu gün üzləşdiyi problemləri müzakirə edəcək.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər