Bütün xəbərlər
İran Baş Qərargahı: ABŞ-ın hücumunun gözlənilməz nəticələri olacaq
Tarix: 23-06-2025 11:39 | Bölmə: Dünya

Amerika bombardmançılarının İslam Respublikasının nüvə proqramı obyektlərinə hücumundan sonra İranın ABŞ-a qarşı istənilən addımı atmaq hüququ var.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının rəsmi nümayəndəsi “Xatəmul-Ənbiya”nın da vurğuladığı kimi, ordunun əli sərbəstdir. Onun bəyanatını IRNA agentliyi yayıb.
Bəyanatda deyilir: "İslam döyüşçüləri bu cinayətə görə sizə güclü və məqsədyönlü əməliyyatlarla cavab verəcəklər ki, bunun da ciddi və gözlənilməz nəticələri olacaq".
Baş Qərargah həmçinin əlavə edib ki, Amerika İranla açıq qarşıdurmaya girdiyinə görə peşman olacaq.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirib. İsfahan, Natanz və Fordoda istehsalat kompleksləri zədələnib.
İran prezidenti Məsud Pezeşkian ABŞ-ın hücumundan sonra cavab tədbirlərinin qaçılmaz olduğunu bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər