Bütün xəbərlər
Suriya Daxili İşlər Nazirliyi: Dəməşq kilsəsini bombalayan şəxs İŞİD-ə məxsusdur
Tarix: 22-06-2025 21:46 | Bölmə: Dünya

Suriyanın Dəməşq şəhərindəki Mar Elias kilsəsində özünü partladan terrorçu İŞİD terror təşkilatının (Rusiyada qadağan olunub) üzvü olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Sana” xəbər agentliyinə istinadən Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyi polisin hadisə yerini mühasirəyə aldığını və hücumun hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalara başladığına aydınlıq gətirib.
“İŞİD terror təşkilatına bağlı (Rusiyada qadağan olunmuş) kamikadze paytaxt Dəməşqin Düveyl bölgəsindəki Müqəddəs İlyas kilsəsinə daxil olaraq atəş açıb, sonra isə partlayıcı jiletlə özünü partladıb”, - deyə, məlumatda bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsənin içərisinə ciddi ziyan dəydiyi, hadisə şahidlərinin dağıntıları təmizlədiyi görünür.
Bundan əvvəl yerli media kilsədə ibadət zamanı partlayışın baş verdiyini xəbər vermişdi. Məbəd xristian əhalinin yaşadığı Duveyl ərazisində yerləşir.
SURIYA TV-nin xəbərinə görə, camaat arasında ən azı 20 nəfər ölüb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər