Bütün xəbərlər
Heqset: "ABŞ ilk dəfə İrana zərbələr endirmək üçün GBU-57 dəqiqlikli bombalardan istifadə edib"
Tarix: 22-06-2025 17:30 | Bölmə: Dünya

ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə İranın nüvə obyektlərinə zərbələr endirmək üçün Massive Ordnance Penetrator (MOP) kimi tanınan GBU-57 dəqiqlikli bombalardan istifadə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bombalar möhkəmləndirilmiş yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub. Bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Den Keyn ilə birgə mətbuat konfransında Heqset qeyd edib ki, əməliyyat “B2 Spirit” bombardmançısının 2001-ci ildən bəri ən uzun missiyası olub.
"Bu, həm də Massive Ordnance Penetrator (bombaların) ilk operativ istifadəsi idi", - TASS agentliyi Pentaqonun rəhbərindən sitat gətirir.
Keyn qeyd edib ki, İrana zərbələr endirmək üçün yeddi B-2 bombardmançısından istifadə edilib. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə qarşı 14 GBU-57 bombası da daxil olmaqla ümumilikdə 75-ə yaxın dəqiqliklə idarə olunan sursatdan istifadə edilib.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri bildirib ki, əməliyyat zamanı İranın İsfahan şəhərindəki obyektlərdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyəti zonasına Amerika sualtı qayığından iyirmidən çox “Tomaqavk” qanadlı raketi buraxılıb.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə kütləvi zərbə endiriləcəyini bəyan edib. Onun sözlərinə görə, hücumların məqsədi uranın zənginləşdirilməsi obyektlərini məhv etmək olub. Ağ Evin sahibi Tehranın İsraillə münaqişəni dayandırmağa razı olmadığı təqdirdə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib.
Rusiya ABŞ-ın İrana zərbələrini kəskin şəkildə pisləyib və təcavüzə son qoymağa çağırıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər