Bütün xəbərlər
ABŞ və Aİ-də İran hakimiyyətinin devrilməsi ilə bağlı gizli danışıqlar başlayıb
Tarix: 21-06-2025 10:52 | Bölmə: Dünya

ABŞ və Avropa İttifaqından olan diplomatlar İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin yerinə kimin keçəcəyi ilə bağlı məxfi danışıqlara başlayıblar. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, nüvə obyektlərinin və materiallarının təhlükəsizliyinin təmin edilməsi imkanları da müzakirə olunur.
Bundan əlavə, amerikalı və avropalı diplomatlar nüvə obyektlərinə zərbələrin mümkün nəticələrini ekoloji və tibbi baxımdan qiymətləndirirlər.
Buna baxmayaraq, CBS-nin məqaləsində qeyd edilir ki, Amerika prezidenti Donald Tramp səmimi şəkildə İsrail və İran arasındakı münaqişəni diplomatik yollarla həll etmək istəyir.
Bundan əvvəl Ağ Evin rəhbəri İrana nüvə proqramı üzrə razılığa gəlmək üçün iki həftə “maksimum” vaxt verildiyini bildirib.
İsrail 2025-ci il iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb.Hələlik İsraillə İran arasında zərbə mübadiləsi davam edir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər