Bütün xəbərlər
"Tasnim": İranın zərbəsi nəticəsində xeyli sayda Mossad zabiti həlak olub
Tarix: 17-06-2025 19:14 | Bölmə: Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) hücumu nəticəsində İsrailin Mossad kəşfiyyat agentliyinin və Aman hərbi kəşfiyyat idarəsinin zabit və komandirlərinin “xeyli sayda”sı məhv edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, İİKK-nın zərbəsi İsrailin təhlükəsizlik və kəşfiyyat mərkəzlərini hədəf alıb. Nəticədə, “İsrail rejiminin kəşfiyyat xidmətinin xeyli sayda yüksək rütbəli zabiti və komandiri öldürülüb”, məqalədə iddia edilir.
Təl-Əviv yüksək rütbəli zabitlərin ölümü ilə bağlı məlumatı şərh etməyib.
Bundan əvvəl İsrail baş nazirinin dəftərxanasının müşaviri Dmitri Gendelman bildirib ki, İrandan açılan atəş nəticəsində 647 nəfər yaralanıb, 24 nəfər ölüb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər