Bütün xəbərlər
İranın İsfahan nüvə obyektində 4 struktur zədələnib
Tarix: 14-06-2025 22:34 | Bölmə: Dünya

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin zərbələri nəticəsində İranın İsfahandakı nüvə obyektində 4 strukturun zədələndiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, xüsusilə İsfahanda zədələnmiş 4 obyekt arasında uranın çevrilməsi zavodu da var.
"...Obyektdən kənarda radiasiya səviyyəsinin artması gözlənilmir", - agentlik qeyd edir.
Bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi bildirmişdi ki, İsrailin zərbələrindən sonra İranın Natanz şəhərindəki başqa bir nüvə obyektində radioaktiv çirklənmə qeydə alınıb, lakin obyektdən kənarda radiasiya səviyyəsi normaldır.
MAQATE cümə günü axşam saatlarında İrandan İsrailin İsfahan və Fordodakı nüvə obyektlərinə hücumlarının mümkün nəticələri barədə məlumat istəyib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər