Bütün xəbərlər
IRIB: İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir "F-35" döyüş təyyarəsini məhv edib
Tarix: 14-06-2025 16:06 | Bölmə: Dünya

İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir "F-35" qırıcı təyyarəsini vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hesabatda bildirilir ki, pilot havadan atılıb. Onun taleyi məlum deyil və araşdırma aparılır.
"İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin qərb səmasında daha bir İsrail "F-35" qırıcısını uğurla vuraraq məhv edib", - dövlət yayımçısının Teleqram kanalı məlumat yayıb.
İyunun 14-də səhər saatlarında İranın İsrailə qarşı əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcı təyyarəsini məhv etdiyi bildirilib. İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.
Bundan əvvəl İsrailin "Ynet" portalı İsrail ərazisinə növbəti silsilə raket hücumları nəticəsində ən azı 9 itki barədə məlumat vermişdi.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər