Bütün xəbərlər
Xilasedicilər Əhmədabadda təyyarənin qəzaya uğradığı ərazidən 265 cəsəd çıxarıblar
Tarix: 12-06-2025 22:51 | Bölmə: Dünya

Hindistanın Əhmədabad şəhərində Air India aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən ən azı 265 qurbanın cəsədi çıxarılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli polis sözçüsü Kənan Desai jurnalistlərlə söhbətində bildirib.
“Aldığımız məlumata görə, 265 nəfərin meyiti xəstəxanaya çatdırılıb".
Daha əvvəl qəzadan sonra Əhmədabada gələn Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, mütəxəssislər qurbanların şəxsiyyətini müəyyənləşdirmək üçün qurbanlardan və onların yaxınlarından DNT nümunələri toplayır.
Əhmədabaddan Londona uçan Air India təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarə yaşayış məntəqəsinə düşüb və yerli tibb kollecinin yataqxanasına çırpılıb.
Təyyarənin göyərtəsində 242 nəfər olub: 230 sərnişin və 12 ekipaj üzvü. Onlardan yalnız biri sağ qala bildi. Onun Britaniya vətəndaşı Rameş Vişvaşkumar olduğu ortaya çıxıb. O, təyyarənin ön hissəsində 11-ci sırada oturmuşdu.
Ümumilikdə faciədə 310-dan çox insan həlak olub. Məlumatlara "yerdə" ölənlər daxildir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər