Bütün xəbərlər
"Axios": ABŞ İsrailin hava hücumundan müdafiə vasitələrinin İranın zərbələrə cavabına tab gətirə bilməyəcəyindən qorxur
Tarix: 12-06-2025 22:41 | Bölmə: Dünya

"Axios" mənbələrə istinadən yazır ki, Vaşinqton İsrailin İranı vuracağı təqdirdə Tehranın İsrailin hava hücumundan müdafiə sistemlərinin tab gətirə bilməyəcəyi şəkildə cavab verəcəyindən qorxur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "ABC News" və CBS telekanallarının məlumatına görə, İsrail İrana qarşı hərbi əməliyyatlara başlamağa hazırdır. “The New York Times” qəzeti yazır ki, Tehran yəhudi dövləti istiqamətində 100-dən çox ballistik raketin buraxılmasını ehtiva edən cavab planı hazırlayıb.
"ABŞ İsrailin hava hücumundan müdafiə sistemlərinin İranın yüzlərlə raketlə cavabına tab gətirə bilməyəcəyindən narahatdır", - "Axios" mənbələrə istinadən yazır.
Portalın qeyd etdiyi kimi, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff bir qrup amerikalı senatora deyib ki, İranın zərbəsi İsraili kütləvi itkilər və böyük maddi ziyanla hədələyir.
Tramp cümə axşamı Ağ Evdə jurnalistlərə deyib ki, o, İsrailin İrana zərbə endirməsinin qaçılmaz olduğunu düşünmür, lakin bu baş verə bilər.
İran və ABŞ İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar aparır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, altıncı tur iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilə bilər.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər