Bütün xəbərlər
Cənubi Koreyanın ardınca Şimali Koreya da sərhəddə səs-küy salmağı dayandırıb
Tarix: 12-06-2025 10:04 | Bölmə: Dünya

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə səs-küy salmağa fasilə verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu, Cənub ordusunun iyunun 11-də təbliğat yayımını dayandırmasından sonra baş verib.
Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri səs-küy yayımlarında fasilə olduğunu bildirdi. Birləşmiş Qərargah Rəisləri qeyd edib ki, əvvəlki hadisə çərşənbə günü axşam qeydə alınıb.
"Bu gün, iyunun 12-də Şimali Koreyanın Cənub istiqamətində səs-küy yayımı heç bir ərazidə qeydə alınmayıb", - Birləşmiş Qərargah Rəisləri bildirib.
Təbliğat fəaliyyətinin dayandırılmasının təşəbbüskarı Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonq olub. Seçki kampaniyası zamanı o, Şimal istiqamətində səsgücləndiricilərlə yayımı dayandıracağına söz vermişdi.
Təbliğat vərəqələrinin paylanması praktikası da əvvəllər dayandırılıb. Şimali Koreya da öz növbəsində Cənubi Koreyaya zibil balonlarının buraxılmasını dayandırıb. Bu qərarlar iki Koreya ölkəsi arasında münasibətləri yaxşılaşdırmaq istəyi ilə bağlıdır.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər