Bütün xəbərlər
Elon Mask Kaliforniya etirazçılarının hərəkətlərini pisləyib
Tarix: 09-06-2025 10:19 | Bölmə: Dünya

İlon Mask Kaliforniyada etirazçıların hərəkətlərindən narazı idi, xüsusən də əlində Meksika bayrağı ilə sınıq avtomobilin üzərində dayanan bir adamın fotosunu “anormal” adlandırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə milyarder X sosial şəbəkəsindəki hesabında yazıb.
Mask fotoya "Bu anormaldır" şərhini yazıb.
İyunun 6-dan Kaliforniyada qeyri-qanuni mühacirlərin deportasiyasına qarşı etirazlar tüğyan edir.CBS telekanalının məlumatına görə, etirazçılar yolları bağlayır, polisin işinə mane olur, həmçinin onların ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına daş və fişəng atması halları da məlumdur. ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Milli Qvardiyasının iki min zabiti Los-Ancelesə göndərilib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər