Bütün xəbərlər
Fransada gürcü futbolçular Kvaratsxeliya və Davitaşvili qarət edilib
Tarix: 09-06-2025 09:57 | Bölmə: Dünya

Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili Fransada qarət edilib, Geo Team X sosial şəbəkəsində yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənbənin sözlərinə görə, idmançılardan qızıl-zinət əşyaları, saatlar və çantalar oğurlanıb. Hadisə futbolçular ailələri ilə Kannda istirahət edərkən baş verib.
Davitaşvili "Sent-Etyen"də çıxış edir. Rusiya çempionatında “Rotor Volqoqrad”, “Rubin Kazan” və “Arsenal Tula” klublarında çıxış edib.
Kvaratsxeliya "Paris Saint-Germain"də oynayır və 2024/25 mövsümündə Çempionlar Liqasının qalibi, Fransa çempionu və ölkə kubokunun sahibi olub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər