Bütün xəbərlər
Hollandiya Ukraynaya 400 milyon avro məbləğində yeni yardım paketi ayırıb
Tarix: 04-06-2025 23:01 | Bölmə: Dünya

Hollandiya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu hərbi idarənin rəisi vəzifəsini icra edən Ruben Brekelmans deyib.
Rəsmi qeyd edib ki, paketin dəyəri 400 milyon avro qiymətləndirilir.
“Mən Ukraynanın dəniz təhlükəsizliyini təmin etmək üçün 400 milyon avroluq yeni yardım paketini elan edirəm”, - TASS agentliyi Brekelmansın sözlərindən sitat gətirir.
O, izah edib ki, Kiyev rejimi 100-dən çox müxtəlif dərəcəli gəmilər, xüsusilə patrul katerləri və qayıqlar alacaq. Bundan əlavə, Hollandiya 50-dən çox dəniz pilotsuz uçan aparatı, silahlar, kəşfiyyat sistemləri, ehtiyat hissələri təhvil verəcək, həmçinin ukraynalı yaraqlıların təlim xərclərini ödəyəcək.
İyunun 4-də ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, dövlətlər Kiyev rejiminə silah tədarükünü davam etdirib-etdirməmək barədə hələ qərar verməyiblər. O, xüsusilə qeyd edib ki, Vaşinqton danışıqların tərəfdarıdır və alyansın təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu müdafiə xərcləri planını yerinə yetirməkdir.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər