15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Kallas, Çini tutmaq üçün iqtisadi ittifaqlardan istifadə etməyə çağırır
Tarix: 31-05-2025 15:42 | Bölmə: Dünya

Avropa Komissiyasının vitse-prezidenti və Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Çini hərbi cəhətdən cilovlamaq üçün iqtisadi ittifaqlardan istifadə etməyi təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Sinqapur Təhlükəsizlik Forumunda o, Çinin iqtisadi və hərbi təsirinə qarşı çıxmaq üçün yeni əməkdaşlığa ehtiyac olduğunu bildirib.
"Düşünürəm ki, biz indi iqtisadi ittifaqların hərbi nəzarəti təmin edə biləcəyi bir nöqtədəyik"-Kallas deyib.
Bu gün Çinin ÜDM-i ABŞ ÜDM-nin 70%-ni keçib. Kallasın sözlərinə görə, Çin bir çox cəhətdən digər ölkələri qabaqlayır: elektromobillərdən tutmuş dördüncü nəsil nüvə reaktorlarına qədər. Eyni zamanda, ölkə hərbi baxımdan ən böyük donanma və gəmiqayırma potensialına malikdir. Və belə bir şəraitdə heç bir ölkə Çinə qarşı təkbaşına hərəkət edə bilməz.
Kaja Kallas hesab edir ki, Rusiya və Çin arasında qarşılıqlı əlaqə dövrümüzün ən böyük problemlərindən biridir. Onun fikrincə, Rusiya və Çin təhlükəsizlik sahəsində qurulmuş qlobal nizama yenidən baxılması barədə birgə danışırlar.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər