15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Tramp əmindir ki, Si Cinpinlə ticarət məsələlərini həll edə biləcək
Tarix: 30-05-2025 23:40 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə telefonla danışa və iki ölkə arasında ticarət məsələlərini həll edə biləcəyinə əmin olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Amerika lideri bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Əminəm ki, Sədr (Si Cinpinq) ilə danışacağam. Və ümid edirəm ki, biz hər şeyi (ticarət məsələlərini - red.) həll edəcəyik", - dövlət başçısı bildirib.
Mayın 12-də Vaşinqton və Pekin tariflərin qarşılıqlı azaldılmasını nəzərdə tutan ticarət sazişi imzalayıb. Razılaşmanın şərtlərinə görə, ABŞ Çin mallarına rüsumları 142%-dən 30%-ə, Çin isə Amerikadan gələn mallara rüsumları 125%-dən 10%-ə endirib. Mayın 30-da Tramp Pekini razılaşmaları pozmaqda ittiham edib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər