Bütün xəbərlər
Yaponiya hakimiyyəti Şinzo Abenin dul arvadının Putinlə görüşünü şərh etməkdən imtina edib
Tarix: 30-05-2025 09:04 | Bölmə: Dünya

Yaponiya hökuməti Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dul arvadı Akie Abenin Rusiya prezidenti Vladimir Putinlə görüşünü şərh etməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Yaponiya hökuməti Akie Abe ilə onun Rusiyaya səfəri və Putinlə görüşü ilə bağlı əlaqə saxlamayıb.
Onun sözlərinə görə, Yaponiya hökuməti Rusiya prezident administrasiyasının Akie Abenin Vladimir Putinlə mayın 29-da Moskvada baş tutan görüşü barədə məlumat verməsindən xəbərdardır.
"Hökumət olaraq (biz) Akie Abe ilə (fikir) mübadiləsi aparmamışıq və hər halda bu məsələyə münasibət bildirə bilmərik"-Hayaşi deyib.
Səfərin Yaponiya Xarici İşlər Nazirliyinin Rusiyaya səfərdən çəkinmək tövsiyələri əsasında baş tutması ilə bağlı sualı cavablandıran Hayaşi hökumətin mövqeyini təkrarlamaqla kifayətləndi. Yaponiya Nazirlər Kabinetinin katibi xatırladıb ki, Yaponiyanın Rusiya üçün 3-cü səviyyəli xəbərdarlığı var ki, bu da Rusiyaya səyahətdən çəkinmək deməkdir.
Mayın 29-da Vladimir Putin Kremldə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dul xanımını qəbul edib. Akie Abe Rusiya prezidenti ilə görüşdə əri haqqında söylədiyi sözlərdən sonra ağlayıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər