Bütün xəbərlər
Argentina İnvestisiya üçün vətəndaşlığı mümkün edir
Tarix: 29-05-2025 19:16 | Bölmə: Dünya

Argentina “əhəmiyyətli investisiyalar” üçün vətəndaşlıq almağı mümkün edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vətəndaşlıq qanununun dəyişdirilməsi ilə bağlı müvafiq fərmanı ölkə prezidenti Xavyer Mayli imzalayıb.
Qanunda bir sıra bəndlər əvəz edilərək ayrıca maddə dəyişdirilib.
Sənədin yeni redaksiyasında deyilir: “Yaşayış müddətindən asılı olmayaraq, Milli Miqrasiya Orqanına ölkəyə əhəmiyyətli investisiyalar qoyduğunu sübut edən əcnəbilər".
Hansı investisiyaların əhəmiyyətli investisiyalar hesab ediləcəyini Argentina İqtisadiyyat Nazirliyi müəyyən edəcək. Bu məqsədlə departament respublikanın pasportunun alınması üçün uyğun olan investisiya proqramlarına baxacaq xüsusi qurum yaradacaq. Yerli "La Nacion" qəzeti mənbələrə istinadən öz növbəsində bildirib ki, kabinet qiyməti 500 min dollardan başlayan layihələrə baxa bilər.
Fərman həmçinin Argentina pasportunun alınması prosedurunu da dəyişdirir. Əvvəllər bu məsələ ilə məhkəmələr məşğul olurdu. Hazırda müraciətlərə baxılması miqrasiya idarəsinin səlahiyyətindədir.
Bundan əlavə, sənəd rezidentliyə əsasən vətəndaşlığın alınması prinsiplərinə aydınlıq gətirir. İndi bu, yalnız təsdiq edilmiş yaşayış icazəsi və iki il ərzində ölkədən çıxmamaq şərtilə mümkündür.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər