Bütün xəbərlər
Tramp deyib ki, ona hədiyyə edilən Qətər təyyarəsi çox böyükdür
Tarix: 29-05-2025 08:21 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Qətər hökumətinin ona verdiyi "Boeing 747-8" təyyarəsinin "çox böyük" olduğunu etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində bildirib.
Amerika lideri təyyarənin “böyük, gözəl və pulsuz olduğunu” qeyd edərək, bunu şəxsi hədiyyə hesab etmədiyini vurğulayıb.
“Onlar deməyə çalışırdılar ki, bu, Trampın təyyarəsidir. Oh, hə, əlbəttə ki, çox böyükdür, açığı, çox böyükdür" deyib.
Təyyarənin "Air Force One" kimi mümkün istifadəsi ilə bağlı suala Tramp bildirib ki, təyyarə ABŞ-dadır və “hərbi standartlara uyğun yenidən qurulur”. O, təmirin dəqiq dəyərini bilmədiyini etiraf etdi, lakin bunun "yeni bir təyyarə tikməkdən çox ucuz olacağını" söylədi.
Tramp həmçinin 1990-cı illərin əvvəlindən istismarda olan hazırkı "Air Force One" təyyarəsinin dəyişdirilməsində gecikmələrə görə Amerika istehsalçısı "Boeing"i tənqid edib. Bu gecikmə Qətər təyyarəsini qəbul etmək qərarına təsir edə bilərdi.
Mayın 21-də ABŞ Müdafiə Nazirliyi Qətərdən ABŞ prezidentinə "Boeing 747-8" təyyarəsinin təhvil verilməsini rəsmən təsdiqləyib. Təyyarənin dəyəri 400 milyon dollar qiymətləndirilir. Jurnalistlər əlavə edirlər ki, bu hədiyyə ABŞ tarixində ən bahalı hədiyyələrdən biri ola bilər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ondan Qətərin hədiyyə etdiyi təyyarə ilə bağlı sual verən müxbiri danlayıb. İnsident Trampın respublikada ağdərili əhalinin sıxışdırıldığını sübut edən materialları nümayiş etdirməsindən dərhal sonra Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüş zamanı baş verib. ABŞ rəhbəri NBC-nin müxbiri Piter Aleksandra Cənubi Afrikada ağdərili fermerlərin soyqırımını araşdırmağı və təyyarə haqqında soruşmamağı tövsiyə edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər