Bütün xəbərlər
"Handelsblatt": Aİ ABŞ-ın Avropadakı qoşunlarının ixtisarı ilə bağlı tezliklə açıqlama gözləyir
Tarix: 25-05-2025 18:52 | Bölmə: Dünya

Almaniyanın “Handelsblatt” qəzeti yazır ki, Avropa İttifaqı Birləşmiş Ştatların tezliklə Avropadakı hərbi mövcudluğunun azaldılmasını elan edəcəyini gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşr qeyd edir ki, Amerika hərbi kontingentinin mümkün ixtisarının nə vaxt və hansı miqdarda baş verəcəyi hələlik məlum deyil.
Məqalədə deyilir: “Avropalı yüksək səviyyəli diplomatlar ABŞ-ın yaxın aylarda Avropadakı hərbi mövcudluğunun azaldılmasını elan edəcəyini gözləyirlər”.
Almaniya kansleri Fridrix Merz, nəşrin jurnalistlərinin bildirdiyinə görə, əvvəllər Avropa liderlərini sakitləşdirməyə çalışıb və bildirib ki, hazırda ABŞ-ın öz qoşunlarını Avropadan çıxarmağı planlaşdırdığını göstərən heç bir əlamət yoxdur. Bununla belə, məqalə müəlliflərinin fikrincə, Aİ bu məsələ ilə bağlı Almaniya kanslerinin açıq şəkildə etiraf etmək istədiyindən qat-qat çox narahatdır.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti bildirmişdi ki, ABŞ-ın müttəfiq ölkələrinin departamentlərinin əməkdaşları Pentaqonun tezliklə öz qoşunlarının böyük hissəsini Avropadakı obyektlərdən çıxarmağa başlaya biləcəyindən ehtiyat edirlər. Nəşrin amerikalı hərbi rəsmilər arasında olan mənbələri hələ ki, qoşunların çıxarılması planının hazırlanması əmri almayıb. Bununla belə, onlar jurnalistlərə tezliklə göstəriş gözlədiklərini etiraf ediblər, nəşr qeyd edib.
Öz növbəsində, NATO katibi Mark Rutte bildirib ki, ABŞ Çinlə mümkün silahlı münaqişəyə hazırlıq kontekstində belə, öz qoşunlarını Avropa İttifaqının ərazisindən çıxarmaq imkanını nəzərdən keçirmir.
ABŞ prezidenti Donald Tramp da öz növbəsində dəfələrlə Avropa ölkələrini NATO-nun müdafiə qabiliyyətinə aşağı töhfələrinə görə tənqid edib və təşkilata üzv olan bütün dövlətlərdən müdafiə xərclərini artırmağı tələb edib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər