Bütün xəbərlər
Tramp NATO-nun Haaqa sammitində Aİ-ni müdafiə xərclərini artırmağa çağıracaq
Tarix: 23-05-2025 22:34 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində iştirak edəcək və burada Avropanı müdafiə xərclərini artırmağa çağıracaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker məlumat verib.
Vaşinqtonda yerləşən Atlantika Şurasında çıxış edən daimi nümayəndə qeyd edib ki, Trampın əsas mesajı maliyyə yükünü alyansın üzvləri arasında bölüşdürmək olacaq.
"Biz prezident Trampın NATO-nun Haaqa sammitində iştirakını gözləyirik. Prezident açıq şəkildə bildirib ki, Avropa və Kanada müttəfiqləri müdafiə xərcləri baxımından ABŞ-la eyni olmalıdırlar", - Uitaker deyib.
O xatırladıb ki, hazırda ABŞ-ın xərcləri bütün Avropa və Kanada müttəfiqlərinin analoji xərclərindən iki dəfə çoxdur və 550 milyard dollar təşkil edir. ABŞ isə öz növbəsində Aİ ölkələrinin müdafiəyə daha çox xərcləməsini və nisbəti bərabərləşdirməsini istəyir.
NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. İclas yeni minimum xərclər hədəfinin rəsmi qəbuluna həsr olunacaq. Tədbirdə 45 ölkə lideri və hökumət başçısının, həmçinin 45 müdafiə və xarici işlər nazirinin iştirakı gözlənilir.
Bundan əvvəl alyans üzvlərinin hərbi xərcləri artırmayacağı təqdirdə Trampın sammitə məhəl qoymayacağı bildirilirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər