Bütün xəbərlər
"Reuters": Tramp Cənubi Afrikada ağdərililərin soyqırımını Konqo DR-dən bir fotoşəkillə təsvir etdi
Tarix: 23-05-2025 18:21 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın respublikada ağdərili fermerlərə qarşı soyqırımın sübutu kimi Cənubi Afrika prezidenti Siril Ramafosa göstərdiyi fotoşəkil əslində Konqo Demokratik Respublikasında (DRC) çəkilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika liderinin Oval kabinetdə Ramafosaya çəkdirdiyi şəklini "Reuters" agentliyi yayıb.
Agentlik aydınlaşdırıb ki, görüntülərdə əslində şəhər "M23" üsyançıları tərəfindən ələ keçirildikdən sonra Konqonun şərqindəki Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərində humanitar işçilərin cəsəd torbalarını qaldırdıqları göstərilib. Görüntülərin özü fevral ayında "Reuters" tərəfindən dərc edilib.
"Bunların hamısı dəfn olunan ağ fermerlərdir"-Tramp, Ramafosa ilə görüş zamanı məqalənin çapını və fotoşəkilini qaldıraraq deyib.
Tramp və Ramafosa mayın 21-də Cənubi Afrika prezidentinin ABŞ-a səfəri zamanı Ağ Evdə görüşüb. Danışıqların mövzularından biri Amerika liderinin Afrika ölkəsində hüquqlarının pozulması səbəbindən ABŞ-a köçməyə dəvət etdiyi ağdərili fermerlərin taleyi olub. Tramp sözlərini təsdiqləmək üçün Cənubi Afrikanın rəhbərinə, ehtimal ki, fermerlərin dəfn mərasimlərinin görüntüləri olan qəzet çaplarını göstərdi.
Görüntülərə baxdıqdan sonra Ramafosa kadrların harada çəkildiyini soruşub və heç vaxt görmədiyini vurğulayıb. Afrika liderinin sözlərinə görə, ölkədə qaradərililərə qarşı çoxlu cinayətlər var. O, Cənubi Afrikada ağdərili fermerlərin hüquqlarını pozmağa yönəlmiş hökumət siyasətinin olmadığını vurğulayıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər