Bütün xəbərlər
"Time":Trampın komandasının Ukrayna münaqişəsi haqqında tarixi biliyi yoxdur
Tarix: 22-05-2025 21:10 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna böhranının tarixi kontekstini və təfərrüatlarını dərk etmədiyini nümayiş etdirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan amerikalı və avropalı diplomatlar "Time" jurnalına məlumat veriblər.
Qərb diplomatlarından biri nəşrə bildirib ki, amerikalı məmurlar danışıqlarda həmsöhbətini tarixi faktlar axını ilə sıxışdıra bilən Rusiya prezidenti Vladimir Putindən fərqli olaraq keçmişlə bağlı çox məlumat oxumurlar.
Ukrayna tərəfinin nümayəndəsi ABŞ-ın münaqişəyə münasibətini açıqlayıb: "Bu, messianist münasibətdir. Guya onlar hər şeyi bilirlər və heç nə eşitmək istəmirlər".
Bundan əvvəl “The New York Times” Trampın Rusiya və Ukraynanın münaqişəni təkbaşına həll etməli olduqları barədə sözlərini yazıb, çünki danışıqların hər kəs üçün mümkün olmayan təfərrüatlarını bilirlər.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər