14:46 / 20-05-2025
Gəmi zədələnib
Bütün xəbərlər
Kiçik Tramp etiraf edir ki, o, ABŞ prezidentliyinə namizəd ola bilər
Tarix: 21-05-2025 15:43 | Bölmə: Dünya

Kiçik Donald Con Tramp 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakının mümkünlüyünü istisna etməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, bunu Dohada keçirilən Qətər İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
Media nümayəndələri Ağ Evin hazırkı rəhbərinin oğlundan onun gələcəkdə ABŞ prezidenti postu uğrunda mübarizə aparmağa hazır olub-olmadığını soruşublar.
"Belə bir sualı almaq böyük şərəfdir. Və bəzi insanların buna qarşı olmadığını görmək böyük şərəfdir.Siz heç vaxt dəqiq bilmirsiniz" deyə, cavab verdi.
Kiçik Tramp əlavə etdi ki, indi onun bütün fikirləri Amerikanı Yenidən Möhtəşəm Etmək ideyası ilə bağlıdır (MAGA, “Make America Great Again” – redaktorun qeydi). O, bu fikri hər zaman dəstəkləyəcəyini etiraf edib.
"Ona görə cavabım odur ki, bilmirəm. Bəlkə bir gün bu çağırışı hiss edəcəm", - Amerika prezidentinin oğlu əlavə edib.
Kiçik Tramp ailəsinin "The Trump Organization" şirkətində inkişaf və satınalmalar üzrə icraçı vitse-prezident vəzifəsində çalışır. O, həmçinin mühafizəkar dəyərlərə malik şirkətlərə investisiya yatırmağa yönəlmiş vençur kapitalı fondu olan 1789 "Capital"ın tərəfdaşıdır.
Bundan əvvəl Donald Trampın oğlu ABŞ-ı Panama kanalına nəzarəti bərpa etməyə çağırıb və demişdi ki, kanalı tikən və pul ödəyən amerikalılardır.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər