14:46 / 20-05-2025
Gəmi zədələnib
09:19 / 20-05-2025
İtən kişi meyiti tapılıb
Bütün xəbərlər
"Axios": Tramp Aİ liderləri Putinə atəşkəs danışıqlarına hazır olduğunu söylədi
Tarix: 20-05-2025 14:53 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Avropa liderlərinə zəng edərək, Rusiya liderinin atəşkəslə bağlı dərhal birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib, "Axios" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin qeyd etdiyi kimi, söhbətdə Almaniya kansleri Fridrix Merz, Fransa və Finlandiya prezidentləri Emmanuel Makron və Aleksandr Stubb, İtaliyanın baş naziri Corcio Meloni, Finlandiya, Avropa Komissiyasının nümayəndəsi, həmçinin Kiyev rejiminin rəhbəri Vladimir Zelenski iştirak ediblər.
“Tramp liderlərə deyib ki, Putin dərhal atəşkəslə bağlı birbaşa danışıqlara başlamağa razılaşıb”, - məlumatda deyilir.
"Axios"un sözlərinə görə, Trampın sözlərindən sonra “bir neçə saniyəlik çaşqın sükut” gəlib.
ABŞ prezidenti Avropa liderlərinə də deyib ki, o, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin pis fikir olduğuna inanır, çünki “Putin razılaşmaq istəyir”.
Mayın 19-da Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Rusiya və ABŞ liderləri arasında söhbət iki saatdan çox davam edib.
Danışıqlardan sonra Putin bəyan edib ki, Rusiya Ukrayna ilə atəşkəsin daxil olduğu memorandum üzərində birgə işləməyə hazırdır.
Prezidentin köməkçisi Yuri Uşakov əlavə edib ki, liderlər Rusiya ilə ABŞ arasında “9-a 9” formatında məhbus mübadiləsi məsələsinə də toxunublar. Putin və Tramp mümkün görüşü də müzakirə edib və onun məhsuldar olması ilə bağlı razılığa gəliblər. Buna görə də, Moskva və Vaşinqton birgə sammitin məzmununu işləyib hazırlamağa başlayacaqlar.
Söhbətdən sonra Tramp bildirib ki, Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək, çünki münaqişənin həlli şansı var.
ABŞ prezidenti Kiyev rejiminin başçısı Vladimir Zelenskiyə və bir sıra Avropa liderlərinə Rusiya prezidenti ilə söhbətin nəticələri barədə məlumat verib. O, həmçinin qeyd edib ki, Moskva və Kiyev arasında danışıqlar dərhal başlayacaq. Onun sözlərinə görə, Vatikan Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazırdır. Daha sonra Zelenski bildirib ki, Ukrayna Rusiya Federasiyasından memorandumun versiyasını gözləyir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər