Bütün xəbərlər
Alimlər Yer kürəsində həyatın nə vaxt bitəcəyini öyrənmək üçün superkompüterdən istifadə edirlər
Tarix: 14-05-2025 11:09 | Bölmə: Dünya

NASA və Yaponiyanın Toho Universitetinin alimlərindən ibarət qrup superkompüterdən istifadə edərək Yer planetində həyatın təxminən 1.000.002.021 ildən sonra mövcudluğunu dayandıracağını hesablayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Dünyanın sonu Günəşin sürətlə artan aktivliyi səbəbindən Yer kürəsində temperaturun artması ilə nəticələnəcək. Nəticə etibarı ilə planetimizdə oksigen səviyyəsinin həyatı dəstəkləmək üçün yetərli olmayacaq, alimlər hesab edirlər. Birləşdirilmiş biogeokimyəvi və iqlim modellərindən istifadə edərək, onlar Yerdəki həyat üçün əlverişli atmosfer şəraitinin mümkün müddətini öyrəndilər.
Nəşrin məlumatına görə, tədqiqat bəşəriyyətin mövcudluğunu davam etdirə bilməsi üçün “Günəş sistemimizdən kənarda Yerə bənzər planetlərdə həyatın axtarışının” zəruriliyini və aktuallığını vurğulayır.
Bundan əvvəl amerikalı milyarder İlon Mask bəyan etmişdi ki, bəşəriyyətin həyatı qorumaq üçün ən yaxşı şansı Marsın kolonizasiyası ola bilər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər