Bütün xəbərlər
Tramp: "Hindistan ABŞ mallarına tətbiq edilən bütün tarifləri qaldırmağa razıdır"
Tarix: 06-05-2025 22:22 | Bölmə: Dünya

Hindistan ABŞ mallarına tətbiq edilən bütün tarifləri aradan qaldırmağa razılaşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı deyib.
RİA Novosti xəbər verir ki, o, Hindistanın rüsumları “sıfıra” endirəcəyini bildirib.
"Məsələn, Hindistan dünyada ən yüksək tariflərə malikdir. Biz buna dözmək fikrində deyilik və onlar artıq onları qaldırmağa razılaşıblar", - Amerika lideri qeyd edib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp xaricdə istehsal olunan və ABŞ-a idxal edilən bütün filmlərə 100 faizlik gömrük rüsumunun tətbiqi barədə göstəriş verib.
Mayın 4-də Tramp etiraf edib ki, Çinlə ticarət əlaqələrində durğunluqdan qaçmaq üçün ABŞ bu ölkədən gələn mallara rüsumları azaltmalı olacaq.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər