Bütün xəbərlər
Əfqanıstan əyalətlərinin yarıdan çoxu canlı məxluqların mediada nümayişini qadağan edib
Tarix: 06-05-2025 08:54 | Bölmə: Dünya


Artıq Əfqanıstanın 34 əyalətindən 18-də canlı məxluqların mediada nümayişinə qadağa qoyulub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan Jurnalistika Mərkəzinin (AFJC) məlumatına görə, Pəncşir əyaləti də qadağaya qoşulub.
Qadağa fəzilətin təbliği və pis əməllərin qarşısının alınması haqqında qanunun icrası ilə əlaqədar tətbiq edilib.
“Əfqan Jurnalistika Mərkəzi bu qadağanın genişləndirilməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, onun media işinə ciddi təsir göstərmək və ictimaiyyətin məlumat əldə etmək imkanını məhdudlaşdırmaq potensialını vurğulayır”, - deyə, mərkəzin bəyanatında deyilir.
Pəncşirin qubernatoru Məhəmməd Ağa Həkimin yerli rəsmilər və din xadimləri ilə görüşdüyü, bundan sonra bütün əyalətdə canlı məxluqların şəkillərinin dərcinə qadağa qoyulduğu bildirilir. Normanın icrasını təmin etmək üçün xüsusi komitələr yaradılacaq və onu pozanlar məsuliyyətə cəlb olunacaqlar.
Hazırda Pəncşirdə milli radio və televiziyanın filialı, həmçinin “Keçkən” özəl radiostansiyası fəaliyyət göstərir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər