Bütün xəbərlər
Tomas Jolliyə qarşı təhdid və təhqir işi ilə əlaqədar Fransada 7 nəfərə şərti cəza verib
Tarix: 05-05-2025 22:13 | Bölmə: Dünya

Paris cinayət məhkəməsi 2024-cü il Olimpiya oyunlarının açılış mərasiminin bədii rəhbəri Tomas Jolliyə qarşı təhdid və təhqir işi ilə əlaqədar Fransada 7 nəfərə şərti cəza verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Ötən ilin avqustunda Paris prokurorluğu bədii rəhbərin ünvanına yönəlmiş təhdid və təhqirlərə görə internet vasitəsilə təqib edilməsi işini araşdırmağa başlayıb. Daha sonra ötən ilin oktyabrında mətbuatda bu işlə bağlı 7 nəfərin həbs edilməsi barədə məlumat yayılıb.
“Paris Cinayət Məhkəməsi Tomas Jolliyə nifrət dolu mesajlar göndərdiyinə görə 7 nəfəri cərimə və şərti cəzaya məhkum edib”, - telekanal xəbər verir.
İyulun sonunda Beynəlxalq Olimpiya Komitəsi Parisdə Olimpiya Oyunlarının açılış mərasimində cəmiyyətdə qarışıq reaksiyaya səbəb olan bəzi məqamlara görə rəsmən üzr istəyib. BOK öz bəyanatını X sosial şəbəkəsində dərc edib, onun sahibi İlon Mask Oyunların açılışını sərt şəkildə tənqid edərək, bunu xristianlara qarşı “açıq-aşkar hörmətsizliyin” təzahürü adlandırıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər