Bütün xəbərlər
Avstraliyanın baş naziri ölkə qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir
Tarix: 09-03-2025 16:59 | Bölmə: Dünya

Avstraliya hökuməti öz qoşunlarını Ukraynaya sülhməramlı kimi göndərə bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin baş naziri Entoni Albanese belə bir ehtimalı istisna etməyib.
Bu barədə bazar günü keçirilən mətbuat konfransında bildirilib. Bundan əvvəl baş nazir britaniyalı həmkarı Key Starmerlə telefonla danışıb. Söhbət zamanı tərəflər Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
"Ölkələrimiz Ukraynaya verdikləri dəstək barədə çox aydındır. Mən açıq şəkildə və dəfələrlə demişəm ki, biz Ukraynada istənilən sülhməramlı əməliyyatda iştirak etməyi nəzərdən keçirəcəyik", - Albanese deyib.
Siyasətçi vurğulayıb ki, münaqişə bitənə qədər heç bir sülhməramlı missiyadan söhbət gedə bilməz.
Avstraliyanın baş naziri həmçinin elan edib ki, martın 11-də öz sülhməramlılarını Ukraynaya göndərməyə hazır olan ölkələrin ordularının baş qərargah rəislərinin iclası olacaq.Tədbirdə Avstraliya da iştirak edəcək.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər