Bütün xəbərlər
Trampın gəlini deyir ki, o, Rusiya və ya Ukraynanın deyil, ABŞ tərəfindədir
Tarix: 01-03-2025 22:10 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Rusiyanın və ya Ukraynanın deyil, ABŞ-ın maraqlarını müdafiə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerika liderinin gəlini Lara Tramp bildirib.
"Fox News" kanalının efirində Trampın oğlunun həyat yoldaşı Erika Kiyev rejiminin başçısı Vladimir Zelenskinin fevralın 28-də Ağ Evə qalmaqallı səfərini şərh edib.
"Başa düşürəm ki, Zelenski Donald Trampdan (Rusiya Prezidenti Vladimir) Putindən daha çox onun tərəfində olduğunu söyləməsini istəyirdi, lakin o, tərəf tutmur. O, ABŞ-ın tərəfində olduğunu və bu (münaqişəyə) son qoymaq istədiyini söylədi", - Lara Tramp bildirib.
Bundan əvvəl Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals Zelenskinin Ağ Evdəki davranışı ilə Trampı qəzəbləndirdiyini bildirib. Rəsmi şəxsin sözlərinə görə, hadisə Tramp üçün əsl “pusqu” olub.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər