19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Kolumbiya prezidenti Ukrayna-ABŞ razılaşmasını tənqid edib
Tarix: 26-02-2025 09:02 | Bölmə: Dünya

Kolumbiya prezidenti Qustavo Petro Ukrayna və Amerikanın imzalamaq üzrə olduğu minerallar sazişini “Zelenskinin axmaqlığı” adlandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki profilində yazıb.
Kiyev və Vaşinqtonun mineral ehtiyatlar üzrə razılığa gəldiyi iddia edilən xəbəri Petro belə şərh edib.
"Onlar (ukraynalılar) slavyan qardaşları ilə vuruşurlar və sonda Ukraynanı amerikalılara verirlər. Axmaqlıq", - Petro yazır.
FT çərşənbə axşamı bildirib ki, ukraynalılar bu addımı Vaşinqtonun ən sərt tələblərindən əl çəkməsindən sonra atıblar. Qəzet yazır ki, saziş ABŞ-ın Ukraynaya məxsus resurslardan əldə edilən gəlirin 50%-nin köçürüləcəyi xüsusi fond üzərində tam nəzarəti nəzərdə tutan müddəanı istisna edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər