Bütün xəbərlər
Leyboristlər Partiyası Böyük Britaniya seçkilərində qalib gəlib
Tarix: 05-07-2024 06:50 | Bölmə: Dünya

Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası İcmalar Palatasında 650 yerdən 410-nu qazanaraq qalib gəlir, RİA Novosti xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Exit-poll nəticələrinə görə, Baş nazir Rişi Sunakın Mühafizəkarlar Partiyası 131 mandatla ikinci yerdədir.
Ipsos UK şirkəti Sky News, BBC və ITV News üçün sorğu keçirib. Bu sorğuya görə, Liberal Demokratlar üçüncü yerdə (61 yer), Naycel Farajın gənc İslahat Böyük Britaniya partiyası isə dördüncü yerdədir (13 yer).
Beşinci yeri Şotlandiya Milli Partiyası (10 yer) tutur. Ehtimallara görə, parlamentin aşağı palatasında daha 25 yer digər siyasi qüvvələr arasında bölüşdürüləcək.
Əgər sorğu düzgün olarsa, Leyboristlər geniş fərqlə İcmalar Palatasında yerlərin əksəriyyətini təmin edəcəklər. Böyük ehtimalla onların lideri Keir Starmer Böyük Britaniyanın yeni baş naziri olacaq.


Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər