Bütün xəbərlər
Norveç kralı Malayziyada tətildə olarkən xəstəxanaya yerləşdirilib
Tarix: 27-02-2024 21:10 | Bölmə: Dünya

Norveç kralı V Harald Malayziyada tətildə olarkən xəstəxanaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Norveçin NRC yayım korporasiyası məlumat yayıb.
87 yaşlı monarx infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. O, hazırda həm yerli, həm də norveçli mütəxəssislərdən bütün lazımi yardımları alır.
Harald V 20 il əvvəl xərçəng xəstəliyindən sidik kisəsini çıxarmaq üçün əməliyyat olunub. 2020-ci ildə o, ürək qapağını dəyişdirmək üçün ürək əməliyyatı keçirdi. Keçən may ayında kral infeksiya diaqnozu ilə Oslo xəstəxanasına yerləşdirilmişdi.
V Harald 1991-ci ildən taxtdadır.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər