22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Aİ 13-cü sanksiyalar paketinə yeddi ölkədən 27 müəssisə daxil edib
Tarix: 23-02-2024 15:41 | Bölmə: Dünya

Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verdiyi iddiası ilə Hindistan, Şri-Lanka, Serbiya, Çin, Qazaxıstan, Türkiyə və Tailanddan olan 27 müəssisəni 13-cü sanksiya paketinə daxil edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aİ-nin məlumatına görə, sadalanan müəssisələr Moskvanın müdafiəsini və təhlükəsizliyini gücləndirən ikili təyinatlı mal və texnologiyaları Rusiyaya tədarük edir.
Bundan əlavə, 13-cü anti-Rusiya sanksiyalar paketinə 194 fiziki və hüquqi şəxs daxildir. Beləliklə, Aİ-nin sanksiyalarına məruz qalan fiziki və hüquqi şəxslərin ümumi sayı 2 mini keçib.
Aİ Şurası Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək 13-cü sanksiyalar paketini təsdiqləyib.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər