22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirib
Tarix: 15-02-2024 17:00 | Bölmə: Dünya


İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda şiə "Hizbullah" hərəkatının onlarla hədəfinə hücum edib. Zərbələr həmçinin raket obyektlərini də hədəf alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə axşamı İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Xəbərdə deyilir ki, “atəş aparatları, hərbi obyektlər və terror infrastrukturu” hücuma məruz qalıb.
Aviazərbələrin Labbuna və Vadi Saluki kəndləri ərazisindəki hədəfləri vurduğu bildirilir. Gecə İDF Taibe bölgəsindəki hərbi obyektə zərbə endirib.
Bu həftənin əvvəlində İsrail Hərbi Hava Qüvvələri Livandan atılan mərmi və raketlərə ölkənin cənubundakı "Hizbullah" hədəflərinə silsilə zərbələr endirib. Blida ərazisində hərbi düşərgəyə, Xiam bölgəsində isə müşahidə məntəqəsinə hücum edilib.




Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər