Bütün xəbərlər
Şimali Koreyanın casus peyki ABŞ hərbi obyektlərinin görüntülərini çəkib
Tarix: 28-11-2023 09:22 | Bölmə: Dünya


Şimali Koreya lideri Kim Çen Ina noyabrın 21-də orbitə buraxılan "Manrigen-1" kəşfiyyat peyki tərəfindən çəkilmiş ilk görüntülər verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirdiyinə görə, Şimali Koreyalı ekspertlər kəşfiyyat peykinin sınaqdan istifadəsinin ilk nəticələri barədə KXDR rəhbərinə məlumat veriblər.
Agentliyin məlumatına görə, noyabrın 25-də peyk İtaliya paytaxtını kosmosdan lentə alıb. İki gün sonra Şimali Koreyalı mütəxəssislər Sakit okeanın Quam adasındakı Amerikanın Andersen aviabazasının görüntülərini əldə ediblər.
Növbəti atəş hədəfləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Norfolk bazası, "Newport News" gəmiqayırma zavodu və ABŞ-ın Virciniya ştatındakı aerodrom olub. Görüntülərdə nüvə enerjisi ilə işləyən dörd Amerika təyyarədaşıyıcısı və bir Britaniya təyyarədaşıyıcısı aşkar edilib. Bundan əlavə, peyk kosmosdan Ağ Evin və Pentaqonun görüntülərini çəkib.
Bütün fotoşəkillər Kim Çen Ina ötürülüb. Şimali Koreyanın rəhbəri kəşfiyyat peykinin istifadəsinə başlamazdan əvvəl hazırlıq mərhələsinin uğurla başa çatmasından məmnunluğunu bildirib və ölkənin Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər