Bütün xəbərlər
Həkimlər Papa üzərində əməliyyatı başa çatdırıblar
Tarix: 07-06-2023 20:43 | Bölmə: Dünya


Həkimlər Papa Fransisk üzərində cərrahi əməliyyat keçiriblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "RaiNews24" xəbər kanalı məlumat yayıb.
Çərşənbə günü, iyunun 7-də Müqəddəs Taxt-tacın mətbuat xidməti xəbər verdi ki, Papa ümumi auditoriyadan sonra klinikaya getdi. Orada o, laparotomiya və protezlərlə qarın divarının plastik əməliyyatından keçməli idi.
Telekanalın məlumatına görə, pontifik hazırda paytaxtdakı "Gemelli" klinikasının on birinci mərtəbəsindəki otağındadır.
Mayın sonunda Papa səhhəti ilə əlaqədar tamaşaçıları ilə görüşü ləğv etmək məcburiyyətində qalıb.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər