12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İran Şiraz məqbərəsində törədilən terror aktında iştirak edənlərə hökm oxuyub
Tarix: 21-05-2023 22:50 | Bölmə: Dünya


İran məhkəməsi Şiraz məqbərəsinə hücumu törədən iki nəfəri ölüm cəzasına məhkum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın ölkənin cənubunda yerləşən Fars əyalətinin məhkəməsi Şiraz şəhərindəki Şah Çərəx məqbərəsində törədilən terror aktında iştirak edən iki nəfəri ölüm cəzasına məhkum edib. Əyalət baş prokuroru Seyid Kazım Musəvi qeyd edib ki, bu hadisənin əsas terrorçusu hücum gecəsi saxlanılıb. “Atəş açan digər beş nəfərdən ikisi ölüm cəzasına məhkum edilib”, – “Tasnim” prokurordan sitat gətirib.
Ötən il oktyabrın sonunda beş naməlum şəxs məqbərənin ərazisinə atəş açıb. Hücum edənlərdən biri demək olar ki, dərhal - hücum gecəsi tutuldu. Daha sonra hücum edənlərin İran vətəndaşları olmadığı məlum olub.
Hücum nəticəsində 13 nəfər həlak olub. Daha 45 nəfər yaralanıb.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər