Bütün xəbərlər
Parislilər banka hücum edərək təhlükəsizlik qüvvələrinə şüşə və fişənglər atıblar
Tarix: 31-01-2023 23:42 | Bölmə: Dünya


Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası zamanı küçələrdə iğtişaşlar başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,TASS-ın məlumatına görə, Monparnas bulvarında vandallar mağazanın vitrinini və bankın qapısını sındırıblar, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Buna cavab olaraq aqressiv nümayişçilər polis və jandarmlara şüşə və fişənglər atıblar. Bir neçə etirazçının həbsi məlumdur.
“Ümumi Əmək Konfederasiyası”nın məlumatına görə, 500 minə yaxın insan pensiya yaşının 64 yaşa qədər artırılması ilə razılaşmadığını bildirmək üçün Fransa paytaxtının küçələrinə çıxıb.
Bundan əvvəl bildirilmişdi ki, bu gün, yanvarın 31-də keçirilən ikinci ümummilli tətildə 1,2 milyondan çox insanın iştirak edəcəyi gözlənilir.
Bundan əvvəl Fransanın baş naziri Elizabet Born qəbulu 2023-cü ilə planlaşdırılan mübahisəli pensiya islahatının layihəsini təqdim edib. Hakimiyyət ölkənin pensiya yaşını 2023-cü il sentyabrın 1-dən ildə üç ay artıraraq 2030-cu ilə qədər 64-ə çatdırmağı planlaşdırır.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər