Bütün xəbərlər
İsveçin NATO-ya qəbulu danimarkalı ekstremistin antikası səbəbindən dayandı
Tarix: 28-01-2023 22:11 | Bölmə: Dünya

İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar dayandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb əvvəlcə Türkiyənin İsveçdəki səfirliyi qarşısında, daha sonra Danimarkada məscidin yanında Quranı yandıran danimarkalı siyasətçi Rasmus Paludanın təxribatları olub. Bundan başqa, Avropada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən kütləvi aksiyalar keçirilib.
Bununla belə, İsveç hakimiyyəti əmindir ki, ölkə yayda alyansa qoşula biləcək. Krallığın xarici işlər naziri Tobias Billstremin dediyi kimi, Stokholm Türkiyə, Finlandiya və İsveç arasında imzalanmış müqavilənin demək olar ki, bütün bəndlərini yerinə yetirib.
Diplomat əmindir ki, Türkiyə parlamenti İsveçin ərizəsini təsdiqləməyə yaxındır.
Xatırladaq ki, 2022-ci il iyunun sonunda Türkiyə, Finlandiya və İsveç memorandumu imzalayıblar ki, buna əsasən NATO namizədləri PKK-nın öz ərazilərində fəaliyyətini məhdudlaşdırmağı öhdələrinə götürürlər. Bundan əlavə, Helsinki və Stokholm Ankaranın terrorçuların ekstradisiyası ilə bağlı müraciətlərinə baxacaqlarına söz veriblər.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər