Bütün xəbərlər
Pentaqon: Növbəti aylar Ukrayna üçün həlledici ola bilər
Tarix: 26-01-2023 20:48 | Bölmə: Dünya

Yaxın aylarda baş verəcək hadisələr Ukrayna üçün həlledici ola bilər, - Müdafiə katibinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Selest Uollander bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəsmi əlavə edib ki, Pentaqon Kiyevi öz xalqını və ərazilərini qoruya bilməsi üçün lazım olan hər şeylə təmin etməyə maksimum diqqət yetirir.
Bundan əvvəl məlum olub ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı ilə telefonla danışıb. TASS agentliyi yazır ki, hərbi liderlər Ukraynaya yardımın çatdırılmasını müzakirə ediblər.
Bundan əvvəl ABŞ və Ukrayna müdafiə nazirləri "31 M1 Abrams" əsas döyüş tankının Kiyevə təhvil verilməsini müzakirə ediblər.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər