Bütün xəbərlər
Ukraynalı qaçqınlar rusdilli ekipajla gəmiyə yerləşdirildiklərindən şikayətləniblər
Tarix: 23-11-2022 10:49 | Bölmə: Dünya


Şotlandiyanın Edinburq şəhərində kruiz gəmisinə yerləşdirilən Ukraynadan gələn qaçqınlar mənzil çatışmazlığı səbəbindən saxlanma şəraitindən şikayətləniblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“The Daily Mail” yazır ki, insanlar xüsusən də “onların rusdilli ekipajla gəmidə saxlanmasından” narazıdırlar. Ukraynalılar həmçinin yer çatışmazlığını, müavinətlərin və nəqliyyat biletlərinin alınmasında çətinlikləri, estakadada avtomobil dayanacağına çıxış problemlərini, internet sürətinin aşağı olmasını, uşaqlar üçün tədris prosesinin təşkilində problemləri qeyd ediblər.
Qaçqınları yerləşdirmək üçün yerli hakimiyyət orqanları Estoniyanın Tallink gəmiçilik şirkətindən Viktoriya I gəmisini icarəyə götürüblər. Jurnalistlərin qeyd etdiyi kimi, insanlara verilən kabinlər yerli həbsxanalardakı kameralardan kiçik olub. Eyni zamanda, Edinburq Şəhər Şurası iddia edir ki, ukraynalılar qaldırılan məsələlərlə bağlı rəsmi şəkildə şikayət etməyiblər.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər