Bütün xəbərlər
İvanka Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində siyasətdən kənarda qalacaq
Tarix: 19-11-2022 02:46 | Bölmə: Dünya

İvanka Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində siyasətdən kənarda qalacaq.
Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp atasının dünən axşam namizədliyini açıqladığı 2024-cü il ABŞ prezident seçkiləri kampaniyasında iştirak etməyəcəyini bildirib.
İvanka Tramp Trampın namizədliyini açıqladığı gecə sosial media hesabında "Mən atamı hər zaman sevəcəyəm və dəstəkləyəcəm, amma bundan sonra bunu siyasi arenadan kənarda edəcəyəm" sözlərini paylaşıb.
Sputnik Türk-ə istinadən xəbər verir ki, İvanka Tramp bu dəfə azyaşlı uşaqlarına və ailə olaraq şəxsi həyatına üstünlük verməyi seçəcəyini bildirib və "Siyasətə girmək fikrində deyiləm" deyib.
İvanka Tramp bildirib ki, o, hazırda Mayamidə özəl sektorda işləyir, həyatının ən gözəl anlarını yaşayır.
Onun həyat yoldaşı Jared Kushner və İvanka Tramp Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və Ağ Evdə olduğu müddətdə baş məsləhətçi vəzifəsində çalışıblar.
Tramp dünən axşam Mar-a-Laqodakı malikanəsində verdiyi açıqlamada 2024-cü il ABŞ prezident seçkilərində yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər