Bütün xəbərlər
Ukrayna ordusu strateji əhəmiyyətli şəhəri azad etdi - Fotolar
Tarix: 10-09-2022 20:09 | Bölmə: Dünya

              Ukrayna ordusu strateji əhəmiyyətli şəhəri azad etdi



Ukraynanın Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhəri Rusiya ordusundan azad edilib.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Şurasının rəhbərinin müşaviri Nataliya Popova bildirib.
Qeyd etmək lazımdır ki, Kupyanskın azad olunması çox vacibdir. Belə ki, bu şəhər Rusiya qoşunları üçün əsas dəmir yolu mərkəzi rolunu oynayır.
Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücum əməliyyatı davam edir.







Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər