Bütün xəbərlər
Papa müharibəyə son qoymaq üçün Ukraynaya getməyi planlaşdırır
Tarix: 24-07-2022 23:02 | Bölmə: Dünya

                    Papa müharibəyə son qoymaq üçün Ukraynaya getməyi planlaşdırır



Roma Papası Fransisk müharibəni bitirmək üçün Ukraynaya getmək istədiyini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.  Bildirilir ki, pontifik bu barədə Vatikandan Kanadaya səfər edərkən bildirib.
Papa Fransisk Ukraynaya səfəri ilə bağlı əvvəlki açıqlamalarını şərh edərkən deyib: “Kiyevə getmək üçün böyük arzum var”.
Xatırladaq ki, Vatikan Papanın avqustda Ukraynaya səfər etməyi planlaşdırdığını qeyd edib. Onun bu gün başlayan Kanada səfərindən sonra hazırlıqlara başlanacaq.







Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər